Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında (27 iyun 1918-ci)

Vikimənbə saytından
Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında (1918)
Müəllif: Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası
Mənbə: Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcmei, №1, 15 təşrini-sani, 1919, s. 18.


Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli qərarı Hökumət 27 iyun 1918-də qərar verdi: Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin.