Döyüş olmasın

Vikimənbə saytından
Jump to navigation Jump to search
Döyüş olmasın
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Gəl sənə söyləyim, ay Dəli Həsən,
And içmişəm bu gün döyüş olmasın.
Yoxsa aslan kimi cuşa gələrəm,
And içmişəm bu gün döyüş olmasın.

Mərd igidlər müxənnətdən seçilsin,
Qarı düşmən dərələrə tökülsün.
Bizim aramızda münsif tapılsm,
And içmişəm bu gün döyüş olmasın.

Çəkərəm qılıncı, kəsərəm yolu,
Mənəm igidlərdə bir dəli-dolu.
Hələ coşmayıbdır bu qoç Koroğlu,
And içmişəm bu gün döyüş olmasın.