Məzmuna keç

Düşdü (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Düşdü
Müəllif: Aşıq Alı
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Bir dəzgah qurmuşam, yüz min qolu var,
Hər telindən, dilbər, bir şanə düşdü.
Ömür keçdi, cavan qəddin büküldü,
Yasəmən zülflərə nişanə düşdü.

Əldə şanə, zülfün dara bir yana,
Hurilər, bir yana, dilbər bir yana,
Dərdimi yüklədim, oldu bir xana,
Dəryada nəhəngə, ümmana düşdü.

Dibi dərya, başı qar, qubara bax,
Yar sinəsi səmər vermiş, nara bax,
Deyər Aşıq Alı, sən bu kara bax -
Mömin nara, kafər rizvana düşdü.

Ədəbiyyat

[redaktə]
  • “Kommunizm yolu” qəzeti, Bərdə, 14 iyul 1983-cü il.
  • Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.162 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)