Bu səhifə korrektə edilib
Hayana baxırsan, tökürsən yaşı,
Sənin bu ah-nalən yandırır daşı.
Sənə kar eyləyir eşqin ataşı,
Ya da pərvanəsən, nar axtarırsan.
Gözəl, sənin bu halını görəndə,
Suvar oldu qəm qəndəli səməndə.
Ya istəkli dostun keçib kəməndə,
Ya müşkülə səbəbkar axtarırsan.
Yazıq Abdullayam, yetmədim nəfə,
Qəm yazdım dəftərə yenə bir səhfə.
Züleyxasan, eşqin düşüb Yusifə,
Ya özünə layiq yar axtarırsan.
QADAĞA DÜŞDÜ
Bir maral dalınca ovçutək düşdüm,
Getdi, dostlar qovdu, o dağa düşdü.
Mən yarı görməkçün canımdan keçdim,
Bivəfa yar məndən uzağa düşdü.
Təbib yoxdu, qövr eləyir yaralar,
Gül irəngim günbəgündən saralar.
Seyraqublar vurdu, dəydi aralar,
Onçu1 dost yoluna qadağa düşdü.
1 Onun üçün
56