Məzmuna keç

Dünü gün müntəzifəm mən ki, bu pərgar nədir

Vikimənbə saytından
Dünü gün müntəzifəm mən ki, bu pərgar nədir
Müəllif: İmadəddin Nəsimi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Dünü gün müntəzİFəm mən ki, bu pərgar nədir?
Künbədi-çərxi-fələk, gərdişi-dəwar nedir?
Bu doquz-çərxi-müələq nədən oldu tərtib,
Fələk altında dönən kövkəbi-səyyarə nədir?
Museyi Tur nədir, Şibliyü Mənsur nədir?
Əcdaba olan ağac, riştə ilə dar nədir?
Fələyin əsli nədəndir, mələyin nəsli nədən,
Adəmin surətinə bunca tələbkar nədir?
Kəbəvü deyr nədir, qeyr nədir, seyr nədir,
Məscidi bütkədəvü xirqəvü zünnar nədir?
Elmi Quranü hədisü xəbəri vəz ilə dərs
Cümlə bir məni imiş, bunca bu təkrar nədir?
Kim ki, pərvanə sifət eşqə yaxılmaz, nə bilir,
Ol nə bilsin özünü bilmədi kim, nar nədir?
Odu su, torpağı yel adı nədəndir, adəm,
Ana səcdə nə üçün, iblisə inkar nədir?
Günəşin qürsü nədən yer üzünə şölə verir.
Ya bu bir məşələdə nur nədir, nar nədir?
Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü,
Kəndisin anlamayan bilmədi hər kar nədir?
Ayü gün əxtəri əncüm nədən oldu izhar,
Şöleyi şəmsü-qəmər, pərtövi-ənvar nədir?
Gəlgil ey dust, qamu müddəilər korluğuna,
Sana asan qılayım bunca bu düşvar nədir?
Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir,
Surəti-şəmidə bu pərtövi-ənvar nədir?
Tərk evində sən əgər hərçü Nəsimi olasan,
Bir gün ola deyəsən, cübbəvü dəstar nədir?