Məzmuna keç

Dəhşət odur

Vikimənbə saytından
Dəhşət odur (2025)
Müəllif: Araz Yaquboğlu

Dəhşət odur, ömr edəsən, amma ki,
Səndən sonra bir kəs səni anmaya.
Yaxşı işdə misal çəkib adını,
Varlığını yoxluğunda sanmaya.

Hörmət qoyan, hörmət görər özünə,
Şər danışıb, böhtan deməz yüzünə.
Kişi odur, dürüst ola sözünə,
Dediyini addımbaşı danmaya.

Ay Araz, fikrini yaz eylə, bəyan,
Eşidib-bilənə qoy olsun əyan.
Yaxşı-pisi otuzunda qanmayan,
Vay o günə yetmişində qanmaya.