Dəli yığıncağı/Üçüncü məclis

Vikimənbə saytından
Jump to navigation Jump to search
ikinci məclis Dəli yığıncağı. Üçüncü məclis
Müəllif: Cəlil Məmmədquluzadə
Dordüncü məclis


Küçәdә uzaqdan qiylü qal, sәs-küy eşidilir; qiylü qal gәldikcә yavuqlaşır vә küçәdә Molla Abbas görsәnir. Onun dalınca Pırpız Sona vә bunların dalınca küçә dolusu küçә uşağı bunları daşa basır; dәlilәr dinmirlәr vә bir tövr özlәrini qoruyurlar.

M o l l a A b b a s. Ay camaat, vallah, bu uşaqlar mәni dәli elәyәcәklәr.

Uşaqlar atdıqları daşın biri küçә qapılarının birinә dәyir, haman qapı açılır vә oradan M ә ş ә d i H a c ı -- әlindә tәsbeh, dodaqları dua

vird edir, -- hövlnak küçәyә çıxır vә qabaqca uşaqların üstünә çığırıb, onları söyüb qovur.

[M ә ş ә d I] H a c ı. Cәhәnnәm olun buradan, köpәk uşağı köpәk! (Sonra üzünü Molla Abbasa tutur). A kişi, genә bu yazıq övrәti

qol-qıçı açıq yanına salıb küçәlәri dolandırırsan? Allah sәnә dә lәnәt elәsin, sәni әkib-doğan kişiyә dә lәnәt elәsin!

Dәlilәr başlarını aşağı salıb, günahkar kimi baxırlar. Mәşәdi Hacı Sonaya bir qәdәr yavuq gәlib, onun qol-qıçına vәravürd edir vә deyir.

Allah şeytana lәnәt elәsin!

Küçә qapılarının o birisindәn N ә c ә f ü l-Ә ş r ә f çıxıb, dәlilәrin üstә çığırır.

N ә c ә f ü l-Ә ş r ә f (hәmişә әlindә tәsbeh, dodaqları dua vird edir). A kişi, genә bu bambılılar bilmirәn xalqdan nә istәyirlәr? (Övrәtin qol-qıçını vәravürd edir vә öz-özünә deyir). Allah şeytana lәnәt elәsin!

H a c ı I s l a m (hәmişә әlindә təsbeh, dodaqları dua vird edir, o biri qapıdan çıxır vә dәlilәrә çığırır). A kişi, bu mәlun oğlu mәlun genә buradadır? Bәs bunları aparacaqdılar dәlixanaya? Bәs burada nә qәlәt elәyirlәr? (Övrәtә vәravürd elәyir vә öz-özünә deyir). Allah şeytana lәnәt elәsin!

Dәlilәr başları aşağı tәzim edirlәr.

M ә ş ә d i H a c ı (Molla Abbasa). Hә, sözün nәdi, tәbiәt oğlu tәbiәt?

N ә c ә f ül-Ә ş r ә f (Molla Abbasa). Axı bir de görüm, nә deyirsәn? Axı yәni deyirsәn cәmi mәxluqat öz başına yaranıb da? Yәni bunları yaradan yoxdur da? Yәni allah-zad yalandı da? (Bu sözlәri deyә-deyә Nәcәfül-Әşrәf Molla Abbası çәnәsinin altından yuxarı dümsüklәyir).

H a c ı I s l a m (Molla Abbasa tәrәf yumruğunu çәkib çığırır). Mәlun oğlu mәlun! And olsun allaha, şeytan deyir vur başı-gözü yarılsın (Övrәtә tәrәf vәravürd edir vә özü-özünә) Allah şeytana lәnәt elәsin!

Dәlilәr tәzim edirlәr.

M ә ş ә d i H a c ı (övrәtә yavuqlaşır vә diqqәt ilә qol-qıçına baxır). Allah şeytana lәnәt elәsin!

N ә c ә f ü l-Ә ş r ә f (övrәtin yanına gedir vә qol-qıçına vәravürd edir vә deyir). Allah şeytana lәnәt elәsin!

H a c ı Ә b d ü l ә z i m (әlindә tәsbeh, dua vird edә-edә küçә ilә gәldikdә). Genә bu dәli bambılılar nә düşüblәr küçәnin canına? Bәs bu

gün bunları dәlixanaya qatacaqdılar? Allahü әkbәr! And olsun Әbülfәzl Abbasa, ağayi-Nәcәfül-Әşrәf, biz bu dәli-divanәnin ucundan rüsvayi-cәhan olub gedәcәyik. Belә xәta burasındadır ki, bu mәlun oğlu mәlun (Molla Abbasa işarә) dilini farağat qoymur, qoymur; qardaş, qoymur; әmirәl-mömüninә and olsun qoymur.

M ö m ü n l ә r. Xeyr, qoymur.

Dәlilәr tәzim edirlәr.

H a c ı Ә b d ü l ә z i m. Dünәn qәbristandan әhli-qübur ziyarәtindәn gәlirdim. Gör bu mürtәd oğlu mürtәd (Molla Abbasa işarә) o qәdәr camaatın içindә mәnә nә deyir? Deyir o hansı balıq idi ki, hәzrәt onu çağıran kimi başını sudan çıxardıb cavab verdi? Deyirәm. "Kәrkәrәt ibn Mәrmәrәt ibn әrәrә idi, buynuzları da var idi". Bu qәdәr adamın içindә bu farmasyon oğlu farmasyon (Molla Abbası göstәrir) qah-qah çәkә-çәkә gör nә deyir; deyir: balıq da danışarmı?

Burada Molla Abbas çıtmıq çalır, düşür oynamağa, Sona ona baxıb o da oynayır.

M ö m ü n l ә r. Allah sizә lәnәt elәsin! Allah sizә lәnәt elәsin!

H a c ı M ә d i n ә (әlindә tәsbeh, dodaqları vird elәyir. Küçә ilә gәldikdә Molla Abbasa). And olsun Fatmeyi-Zәhraya, sәni bu küçәdә yıxıb, o qәdәr ayaqlaram ki, beynin torpağa qarışar! Hәpәnd oğlu hәpәnd, hәzrәtin tuman bağı ilә nә işin var? (Hacı Mәdinә bu sözlәri deyәndәn sonra üzünü Sonaya tәrәf çöndәrib, onun qol-qıçına vәravürd elәyir).

M ә ş ә d i H a c ı (Hacı Mәdinәyә) Ağayi Hacı Mәdinә, әstәğfürullah, o nә sözdü fәrmayiş edirsәn? Әstәğfürullah!

M ö m ü n l ә r. Әstәğfürullah, rәbbi vә әtubi ileyhә!

H a c ı M ә d i n ә. Ağayi-Mәşәdi Hacı, allahın min bir adına and olsun, bu babi oğlu babi dünәn küçәdә camaatı başına yığıb, hәzrәtin tuman bağına lağ elәyir ki, guya nәüzibillah, hәzrәt eşiyә çıxanda tuman bağını tapşırardı sarbanına. Vә çün tuman bağı da xeyli qiymәtli imiş, onun üçün dә sarbanın gözü düşür tuman bağına vә küffarın qoşunu hәzrәti şәhadәtә yetirәndәn sonra, sarban gәlir haman tuman bağını hәzrәtin tumanından çıxartsın, hәzrәt әvvәl sağ әlini, sonra sol әlini qoyur tuman bağının üstә, amma o haramzada hәzrәtin әllәrini kәsib, tuman bağını qәsb elәyir. (Ağlayır vә mömünlәr dә ağlayırlar).

Molla Abbas başını salıb aşağı dinmir, mömünlәr ağlaya-ağlaya deyirlәr "Tuman bağına qurban olum, ya seyyidüş-şühәda!", başlarına döyürlәr. Hәkim Lalbyuz vә fәrraş Şimrәli xәlvәtcә bunlara tamaşa edir. Molla Abbas da mömünlәri yamsılamaq babәtindәn öz-özünә

tez-tez deyir.

[M o l l a A b b a s.] Tuman bağına qurban olum, ya seyyidüş-şühәda! Tuman bağına qurban olum, ya seyyidüş-şühәda! (Vә birdәn qah-qah çәkib gülür vә çıxıb qaçır. Sona da qaçır).

M ö m ü n l ә r (bunun, dalınca). Allah sәnә lәnәt elәsin!

Fәrraş Şimrәli dәlilәri tutub saxlayır, hәkim dә gәlib durur mömünlәrin qabağında.

F ә r r a ş Ş i m r ә l i (dәlilәrә). Dayanın, hara qaçırsınız? Iki saatdı sizi axtarıram. Bu saat sizi aparacağam dәlixanaya, orada ağlınız

başınıza gәlәr vә dәxi hәzrәtin tuman bağını mәzhәkәyә qoymazsınız.

H a c ı I s l a m (fәrraşa). Ay Şimrәli, allah sәnә Kәrbәla qismәt elәsin, allah valideyninә rәhmәt elәsin; bu dәlinin öhdәsindәn bәlkә sәn gәlәsәn; yoxsa, vallahi, biabır olduq. Bir dә bu mәluna deyәn gәrәk, axı sәnin hәzrәtin tuman bağı ilә nә işin var? Qurban olum hәzrәtin tumanına da, tuman bağına da!

M ö m ü n l ә r (ağlaya-ağlaya). Tuman bağına qurban olum, ya seyyidüş-şühәda! (Başlarına döyürlәr).

Hәkim gәlir ağlayanların yanına vә tәәccüb ilә әvvәl bunlara vә sonra fәrraş Şimrәliyә tәrәf baxıb, işarә ilә soruşur ki, guya bunlar niyә ağlayır.

F ә r r a ş Ş i m r ә l i (hәkimә). Bir sәbәb yoxdu, ancaq riqqәti-qәlb üz verib.

M o l l a A b b a s (hәkimә). Hәkim, hәkim, gәl görәk kim yaxşı mayallaq aşar. (Özü mayallaq aşır).

M ә ş ә d i H a c ı. A kişi, bu bәdbәxt lap dәli olubdur.

Bu heyndә günorta әzanı deyilir vә küçә ilә hambal, bir tay dalında, keçir. Kәnarda bir pingçi dükanı görsәnir. Әzan deyilәn kimi mömünlәr, hambal vә pingçi şagirdi ayağa qalxıb, birdәn başlayırlar әllәrini qulaqlarına qoyub әzan çağırmağa "Allahü-әkbәr!", "allahü-әkbәr!" "əşhәdü әn lailahә illәllah!" hәkim tәәccüb ilә әzan çağıranlara baxır vә yenә Fәrraş Şimrәlidәn işarә ilә soruşur ki, bәlkә bunlar dәlidirlәr? Sonra gәlir Nәcәfül-Әşrәfin yanına vә cibindәn lüğәt kitabını çıxardır, bir söz axtarır, amma tapa bilmir: sonra gәlir Hacı Mәdinәnin yanına vә әyilib bunun üzünün o tәrәfinә baxır, bu tәrәfinә baxır, başına vә alnına diqqәt yetirir va axırda gözlәrinә diqqәt verir. Molla Abbas da qabağa yeriyib, xahiş edir ki, ona da baxsın; hәkim onun da üz-gözünә qabaqkı sayaq baxdıqda Molla Abbas birdәn "pıqq" elәyib, göyә tullanır vә hәkimi elә qorxudur ki, hәkim az qalır yıxıla. Molla Abbas vә Sona qaçırlar, fәrraş istәyir tuta, amma hәkimi qoyub gedә bilmir. Mömünlәr yerdәn daş götürüb, dәlilәrin dalınca qaçırlar. Fәrraş Şimrәli hәkimi qucaqlayıb, qoymur yıxılsın vә ona deyir:

[Fә r r a ş] Ş i m r әl i (hәkimә). Vallah, hәkim, sәn ki, dәlidәn belә qorxansan, gәrәk bir dua yazdırıb yanında saxlayasan.

Hәkim altdan yuxarı baxır Şimrәliyә vә bir söz demir.

P ә r d ә