Məzmuna keç

Dər tərifı-qələnfür

Vikimənbə saytından
Dər tərifı-qələnfür
Müəllif: Xurşidbanu Natəvan
Mənbə: Xurşidbanu Natəvan. "Gül dəftəri". Bakı: "Elm və təhsil", 2024, 208 s.


Səni kimdir sevən bica, qələnfür?

Sana bən aşiqi-şeyda, qələnfür!

Səni gülşən əra aşüftə gördüm,

Yəqin bildim dutub sevda, qələnfür!

Belə pəjmürdə halilə durubsan,

Düşər güllər əra qovğa, qələnfür!

Driğa kim, vəfasızdır bu gülşən,

Gedər bu tələti-ziba, qələnfür!

Yüzündən pərdeyi-nazın kənar et,

Unutma aşiqi haşa, qələnfür!