Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/84

Vikimənbə saytından
(Dəyər (Zodlu Abdulla) səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

Lazım budur yox eyləyək,
Mövhumatın yuvasını.
Fitnə-fəsad yuvasıdır,
Deyir yalanı mollalar.

DƏYƏR

Yazgülə dastan yazıram,
Küllü bu cahana dəyər.
Qaş qara, gözlər ala,
Sibi-zənəxdana dəyər.
Tökülüb şahmar zülfü,
Dal gərdəndə yana dəyər.
Ağ üzündə qoşa xalı,
Ləli-bədəxşana dəyər.

Bir ox dəyib sinəm üstə,
Bağlamasa qanım gedər.
Səf düşdüm, səbb eylədim,
Hər yana gümanım gedər.
Sərindən bir muy əyilsə,
Elə bil ki, canım gedər.
Əsməsin badi-sərsər,
Tellərinə şana dəyər.
84