Məzmuna keç

Dəyməsin

Vikimənbə saytından
Dəyməsin
Müəllif: Aşıq Kamil Zülfüqarov


Elə əssin sabah yeli,
Qönçə güllərə dəyməsin.
Elə çalsın aşıq əli,
Sözü ellərə dəyməsin.

Kür qırağı - tarla, zəmi,
Hərəsinin öz aləmi.
Yağış yağsın leysan kimi,
Bəla çöllərə dəyməsin.

Muğan oğlu, Muğan qızı,
Sizin üçün çaldım sazı.
Qoy xəzanın sərt ayazı,
O mərd əllərə dəyməsin.

Hər sənətin var əzabı,
Aşıq Kamil, gətir tabı,
Elə gəzdir ki, mizrabı,
Xaric tellərə dəyməsin.

Mənbə

[redaktə]
  • Ләтиф Зәрбәлијев. "Һәр сәнәтин вар әзабы"."Ҝүндоғар" гәзети.№29 (5947) 30 avqust 1996. səh.4.
  • Әлизадә Әлијев. "Ел сәнәткарларымыз - Ашыг Камил". "Гәләбә" гәзети №74 (6546). 24 iyun 1989. səh. 4.
  • Әлизадә Әлијев. "Ашыг халгы тәрәннүм едир". Бакы: "Мәдәни-маариф иши" журналы №1 (70). 1985. səh. 29.