Məzmuna keç

Dağılsın

Vikimənbə saytından
Qəzəl 16
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.

Ur şanəni ol zülfı-pərişanə, dağılsın,

Tellər tökülüb, ətri biyabana dağılsın.


Çak eyləmə qətlimdə giribanü üzarın,

Qorxum budu kim, xəlqə bu əfsanə dağılsın.


Cəm eyləmə zülfi üzünə, eylə pərişan,

Qoy əbr kimi mehri-dirəxşanə dağılsın.


Beytül-həzəni-hicrdə yandı dili-zarım,

Ey vəsl, mədəd qıl ki, bu kaşanə dağılsın.


Min dil yığılıb zülfi-pərişanına mənsiz,

Qoy ah çəkim, hər biri bir yanə dağılsın.


Hicran ələmi qıldı fəramuş vüsalı,

Ey Sağəri, ah eylə, bu viranə dağılsın.