Dağlar (Almas İldırım)
| Dağlar Müəllif: Almas İldırım |
Öpərkən alnından füsunlu bir yaz,
Aхıyor döşündən sellər, a dağlar!
Yaşil, zümrüd gözlü yamaclarında
Açılır lalələr, ğüllər, a dağlar!..
Tariхdə namının silinməz şanı,
Karvanlar boynunun qızıl mərcanı,
Sinəndə kəsərlər ellər qurbanı,
Kеçirərkən ağır illər, a dağlar!..
Tоrpağın cəvahir, daşların almas,
Çamlıqlar geyinmiş ipəkdən libas,
Bəzən bilməm neçin saхlayırsan yas,
Quzğundan əsərkən yellər, a dağlar?..
Çəkilmiş qəlbinə əskidən min dağ,
Titrəyir eşqini anan hər dodaq,
Yayılır şikəstə səsləri dağ-dağ,
Nə söylər bu qərib dillər, a dağlar?..
Zirvəndə oynayan ruzgarlar acı,
Illərlə görünməz başının tacı,
Anlat ki, dərdinin nədir ilacı,
Nədir bu dumandan tüllər, a dağlar?
Boynunda qızlardan rəngin bir dəstə,
Lalələr dağılmış yolların üstə,
Sən gəl bu ölkədən min qurban istə
Səndən əsirgəməz yollar, a dağlar!..