Dağlar qoynunda
Jump to navigation
Jump to search
Dağlar qoynunda Müəllif: Koroğlu |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Məni binadan bəslədi,
Dağlar qoynunda, qoynunda,
Ulək tərlanlar səslədi,
Dağlar qoynunda, qoynunda,
Dolanda iyid yaşıma,
Yağı çıxdı savaşıma,
Dəlilər gəldi başıma,
Dağlar qoynunda, qoynunda.
Səfər elədim hər yana,
Şahları gətirdim cana,
Qıratım gəldi cövlana,
Dağlar qrynunda, qoynunda.
Kəsdim yollar, vurdum karvan,
Çəkib soydum çox bəzirgan,
Düşmənlərə uddurdum qan,
Dağlar qrynunda, qoynunda.
Əsir çəkdlm Çənlibelə,
Qoç Korğdu, düşdü dilə,
Xan Eyvaz mənimlə belə,
Dağlar qoynunda, qoynunda.