Məzmuna keç

Dağlara gəl

Vikimənbə saytından
Dağlara gəl
Müəllif: Mustafa Cövhəri
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Başına bir yal gələrsə,
Dağlara gəl, dağlara gəl!
Səni saxlar, verməz ələ,
Dağlara gəl, dağlara.gəl!

Bu canım eşqə düşəli,
Eşq odu ilə bişəli,
Yaşıl dağlar bənövşəli
Dağlara gəl, dağlara gəl!

Rəqibə miqdann bildir,
Yanına cavanlar uydur.
Zəmanə dostundan yeydir
Dağlara gəl, dağlara gəl!

Cövheri düşmüş dillərə,
Diyari-qürbət ellerə,
Billahı, verməm əllərə
Dağlara gəl, dağlara gəl!