Məzmuna keç

Dağlara vida

Vikimənbə saytından
Dağlara vida
Müəllif: Almas İldırım


Əzəldən can deyərək bu sevdalı ölkəyə,
Hər qadasın aldığım sana əyan, a dağlar.
Oхşarkən hər dərdini söz verdim ölüm dеyə,
Onunçun bu çəkdiyim dərd bipayan, a dağlar.

Doğma yurdu tərk edib atıldım diyar-diyar,
Görmədim gənc ömrümdə yaşanacaq bir bahar.
Döndü həp düşmən oldu dost deyilən hər nə var,
Barı sən dostluğunda möhkəm dayan, a dağlar.

Qf, Bakı... Bu ayrılıq mana ölümdən ağır,
Aləmə bahar gəldi, sənə yağmur, qar yağır,
Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır,
Bu boğulan səsimi varmı duyan, a dağlar.

Hicrinə tab edərsəm, dağları dələcəyəm,
Bir qanlı Sezar kimi mən yenə gələcəyəm,
Bir gün Eldəgiz kimi hayqıra biləcəyəm,
Artıq oyan, a dağlar, artıq оyan, a dağlar...

Bir gün gələr qоşaraq yurdumun harayına,
Mən atəş edəcəyəm düşmənin sarayına,
Nə düşər yurdu batmış bir igidin payına?
Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar...