Məzmuna keç

Dad fələk

Vikimənbə saytından
Dad fələk
Müəllif: Aşıq Abdulla

Dad fələk sənin əlindən
Axır gətdin zara məni,
Əldən aldın nazlı yarı,
Qıldın bəxti qara məni.

Lələm məni qoyub getməz,
Yanaram tütünüm tütməz,
Uzaq düşüb əlim yetməz,
Həsrət qoyma yara məni.

Abdulla, çağır Sübhanı,
O zalımda mürvət hanı?
Yar özün eylə fərmanı,
İncidir bu yara məni.