De bir üz-bir üz
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
De bir üz-bir üz Müəllif: Aşıq Alı |
Vaxt məni tulladı qəm dəryasına,
Ovçuyam gəzirəm de bir üz-bir üz.
Leyli müştağıyam düşdüm odlara,
Yetirin loğmana, de bir üz-bir üz.
Fərhad sevdi Şirin yarın kamalın,
Kərəm sevdi Əsli yarın kamalın,
Ürək istər, könül deyər kam alım,
Göz-gözə baxanda de bir üz-bir üz.
Alıyam, xəyalım kəc dolanırdı,
Xosrov da başında tac dolanırdı,
Məcnun Leyli deyib ac dolanırdı,
Almadı Leylidən de bir üz-bir üz.