Deməz yarinə of-uf, atəşdə odun?

Vikimənbə saytından
Deməz yarinə of-uf, atəşdə odun? (1996)
Müəllif: RAUF CAVAD

Hərgah ki, kimki bilib özünü Məcnun,
Gərək etsin eşqi, Leylasını məmnun.

Olsun dərdi qübar, etsin ahü-fəğan,
Bilinər Aşiq o kim, dəli, kim qanun.

Hər sevən könül olmaz eşqə giriftar,
Hər sevən kəsə əsla deyilməz tutqun.

Aşiqlik, ali bir dərs, müəllimi yox,
Aləm əzəli, sevgi sadə bir oyun.

Yazılıb min cür sevgi-məhəbbət əsər,
Səhnə nə gözələr görüb, dəli vurğun.

Fəryad edib bülbül, gülə rüsvay kəndi,
Ahü gəzib dolanır, aləmi dolğun.

Bilməm sayın, nə qədər, aşiq gözəlin,
Əsli bilinər Kərəmdən dəli məftun.

Olub Aşiq səhrada Məşuqə qurban,
Yazıb şah əsəri, dərdibəla məzmun.

Faş edib eşqin sirrini Əli Aşiq,
Verib imtahan, Mustafa Nuru, məzun.

Hünər incə-zərif, Zaman Həqq dəyəri,
Eşqdə yox qanun, Əlif-Ləm, Ra-Ha, Mim-Nun.

Gəl ki, nə qədər yansa Fərhad Şirinə,
Deməz yarinə of-uf, atəşdə odun?!

Var elə bir Məşuq, Aşiq kimi xəstə,
Ki, ola Rauf kimi surəti nurun!?