Məzmuna keç

Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!

Vikimənbə saytından
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 52. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,
Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?

Bilirdim mən fələk verməz visalə çox da üz, amma
Bizi saldı əzabi-intizarə müxtəsər Vaqif.

Bu gün danla demə, dövran deyildir bir qərar üzrə,
Sən ondan ta olunca vaqif, ol səndən keçər, Vaqif!

Məcalın var ikən ol yarü həmdərdi güzar eylə,
Könül qəmdən açar, yaxşı olur seyrü səfər Vaqif.

Bilirsiz qövli-sünnət, bə’di niyyət məhz vacibdir,
Hələ rəhm olduğu mə’lumunuzdur, mötəbər Vaqif.

Vətən yad eyləməzsiz gər tutalım könlünüz quşdur,
Məgər qəti rəhmdən eyləməzsiz bir xəbər, Vaqif.

Fələk bər’əksi-dövran olduğundan bir nişandır bu
Vidadi xəstə tək düşmüş vətəndən dərbədər Vaqif.