Bu səhifə korrektə edilib
DİLİM-DİLİM
Aşıq, nə yar deyib fəğan edirsən?
Titrəyir ağzımda, yar, dilim-dilim.
Baş yastıqda, gözü yolda qalmışam,
İstəyir dağlardan qar, dilim-dilim.
Eşqin firqətindən bəlkə çaşmışam?!
Dərd əlindən başım alıb qaçmışam.
Onun həsrətindən xəstə düşmüşəm,
İstərəm köksündən nar dilim-dilim.
Heç bilmirəm nə xəyala dalıbsan?
Haldan salıb ixtiyarım alıbsan.
Yazıq Abdullanı gözdən salıbsan,
Al xəncəri, məni yar dilim-dilim.
YOL KƏNARINDA
Səhər şikarında çıxdı qarşıma,
Bir cüt gözəl gördüm yol kənarında.
Bülbül güldən ötrü bağı dolanır,
Ömrünü qoyubdu gül kənarında.
36