Duşizeyi-hürriyyətә
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Duşizeyi-hürriyyətә Müəllif: Məhəmməd Hadi |
Düxtəri-napakdamən sanmayın hürriyyəti,
Hərkəs olmaz rahyabi-həcləgahi-vüsləti.
Öylə bir huriyi-ismətdir bu yari-işvədar,
Şövqməndani-vüsalə böylə istiğna satar.
Ey behişti-e'tilanın huriyi-canpərvəri,
Zinəti-dar oldu eşqin ilə əhrarın səri.
Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız,
Xəndəzari-bəhcət olsun könlümüz, rüxsarımız.
Zəxmdari-hüzndür dil tiri-istibdaddən,
Sənsən, ey hürriyyət, ancaq bizləri azad edən!
Nüxbeyi-amal insaniyyətin iqbalıdır,
Cümlə qövmü millətin əmniyyəti-əhvalıdır.
Cami-pürzəhri-əcəl Hadini bihuş etmədən,
Sineyi-leyli-ədəm cismani dərağuş etmədən.
Girməz idi həsrət ilə mədfənə görsəydi, ah,
Milləti-məzlumədə asari-feyzü intibah!