Durnacıq
Görünüş
| Durnacıq Müəllif: Almas İldırım |
Bu günlər mənim dərdim başdan aşqındı yеnə,
Diqqət etsəniz əgər siz çöhrəmin rənginə,
Ən ağır bir kədərin duyacaqsız izini,
Dərdim gətirir cuşa qəlbimin dənizini.
Içimdəki tufanlar, fırtınalar, boralar.
Hər bir anda könlümü gah üzər, gah yaralar.
Hər baxışdan qəlbimə saplanar dərin bir ox,
Heyhat, yetim qəlbimin heç bir təsəllisi yox…
Bu getdiyim yolların ucu yоx, bucağı yox,
Bəlalı baş qoymağa bir annə qucağı yox...
Durna, gəl qəbul et, sən bu çarpaşıq оyunu,
Tənəli söz önündə bükmə zərif boynunu.
Küsmə, sevdalı durnam, hər dərdimiz bəlli, gəl,
Gəl birlikdə bulalım baş-başa təsəlli, gəl.
Ğetmə durnam, getmə, dur, axı yollar dolaşıq,
Bir dinlə, bax nə diyor başı bəlalı aşıq...