Eşq baxmaz gözə, sarılar cümlə sözə

Vikimənbə saytından
Eşq baxmaz gözə, sarılar cümlə sözə (1996)
Müəllif: RAUF CAVAD

Gözəlin sözü şirin, baldır yeməyə,
Can verib ağuşunda, ölüm geyməyə.

Yamandır ölüm, Şirin olmasa əgər,
Fərhad neynər, Şirinsiz eşqi bilməyə.

Eşq baxmaz gözə, sarılar cümlə sözə,
Sözlə ifadə çox asan, öl sevməyə.

Çağırar eşq ölümü, ölər gözündə,
Hünər lazım, gözəl yolunda ölməyə.

Bükülər dərddən hər budağı sevənin,
Ağrıyar can, ağlayar göz, qəm görməyə.

Zaman gələr, həsrət, can verər yoluna,
Bir bəhanə lazım, ölümə getməyə.

Qərib söz, nicat tapar rövşən nuruna,
O, bir gün mütləq gələr, sevgi verməyə.

Rauf gözlər sevgili ölüm yolunu,
Mütləq gələr yar, ümid var gələcəyə.