Məzmuna keç

Eşq ilə istər idük, yenə bulduq ol canı

Vikimənbə saytından
Eşq ilə istər idük, yenə bulduq ol canı
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Eşq ilə istər idük, yenə bulduq ol canı,
Gönlək edinmiş, geyər surət ilə bu təni.

Girmiş surətdə gəzər, cümlə işləri düzər,
Gerü kəndüyə söylər göhər İlə bu kam.

Bu dünya bir bazardur, surətlər dükkan olmış,
Bu dükkana girüben oldur satan bu kam.

Bir neçələr qayrayur, bunca malum qaldı der.
Verən oldur, alan ol, sormaz nedür ziyanı.

Yunus, imdi sen sendən ayru dəgülsin candan,
Sən səndə bulmaz isən, qanda bulasın anı?!