Məzmuna keç

Eşq imamdur bizə, könül cəmaət

Vikimənbə saytından
Eşq imamdur bizə, könül cəmaət
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

 
Eşq imamdur bizə, könül cəmaət,
Qİbləmüz dost yüzi, daimdür səlat.

Dost yüzni göricək şirk yeğmalandı,
Anunçün qapuda qaldı şəriət.

Könül səcdə qılur dost mehrabında,
Yüzin yerə urub qılur münacat.

Münacat kibi vəqt olmaz arada,
Kim ola dost İlə bu dəmdə xəlvət.

Şəriət aydur saqın şərti bıraqma,
Şərt ol kişiyə kim edə xəyanət.

Ərənlər nəfəsi dövletlü rümuz,
Anunla fitnədən olduq səlamət.

Bəli qövlin dedük əvvəlki dəmdə,
Hənuz bir dəmdür ol vəqtü bu saət.

Dərildi beşümüz bir vəqtə gəldi,
Beşi bir eyleyüb kim qıla taet.

Biz kimsə dininə xilaf deməzüz,
Din təmam olıcaq toğar məhəbbət.

Toğurlıq bəkliyən dost qapusında,
Gümansuz ol bulur ilahi dövlət.

Yunus ol qapuda kəminə quldur,
Əzəldən əbədə dekdür bu izzət.