Məzmuna keç

El yaraşığı

Vikimənbə saytından
El yaraşığı
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Bütün günü kimdən soraq eylədim,
Dedilər yaranıb el yaraşığı.
O nigar vəsfindən söz düşən zaman,
Sandım səni şirin dil yaraşığı.

Gördüm səni bağçanızdan dönəndə,
Bulaq üstdən evinizə gələndə.
Üzdüm bir cüt gülü, düşündüm mən də,
Bağça yaraşığı, gül yaraşığı.

Məmmədhüseyn gördü səni, vuruldu,
Könül verdi, tamam əhdi duruldu.
Sədaqətli yara bu canım quldu,
Ol ömrümə gün, ay, il yaraşığı.