Ellərdən soruş
Görünüş
| Ellərdən soruş Müəllif: Xaltanlı Tağı |
Mənbə: Şahin, Fazil. Mahmudov, Yaqub; Mustafazadə, Tofiq (redaktorlar ). Quba tarixi (az.) (II nəşr). Bakı: TEAS Press Nəşriyyat evi. 2016. 352. |
Molla Nur nə çəkdi, illərdən soruş,
Ona "Əhsən" deyən dillərdən soruş.
Kimə yaxşı oldu, kimə pis oldu,
Başını dərd əyən güllərdən soruş.
O, bir aslan idi Qafqaz elində,
Patrondaş belində, tüfəng əlində...
Kimlər dastan qoşub ona dilində...
Əsən küləklərdən, yellərdən soruş.
Qurtarıb ölümdən darda qalanı,
Dilində olmayıb bircə yalanı.
O ağlı kamilin ərzi-halını,
Tağıdan soruşma, ellərdən soruş.