Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyinin qeyd edilməsilə bağlı SSRİ Xalq Komissarları Sovetinin 2947 saylı qərarı

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyinin qeyd edilməsilə bağlı SSRİ Xalq Komissarları Sovetinin 2947 saylı qərarı (1945)
Müəllif: İosif Stalin

Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyinin qeyd edilməsilə bağlı SSRİ Xalq Komissarları Soveti QƏRARA ALIR:

Xaricdə yaşayan ermənilərin vətənə - Sovet Ermənistanına qayıtmaq üçün onlara icazə verilməsi haqqında müraciətlərini və Ermənistan SSR rəhbər orqanlarının köçmək arzusunu bildirmiş xaricdə yaşayan ermənilərin qayıdışını təşkil etmək üçün Ermənistan SSR Xalq Komissarları Sovetinə icazə verilməsi haqqında zəmanəti nəzərə alınsın.

1. Ermənistan SSR hökumətinin Ermənistan SSR Xalq Komissarları Soveti yanında erməni-miqrantların qəbulu və yerləşdirilməsi üzrə Komitənin yaradılması təklifi qəbul edilsin.

2. Ermənistan SSR Xalq Komissarları Sovetinə tapşırılsın ki, vətənə qayıtmış erməniləri fərdi mənzil tikintisi üçün yaşayış evinin 50 %-i məbləğində dövlət krediti ilə təmin etsin.

3. Xaricdən SSRİ-yə qayıdan erməni vətəndaşlar, xaricdən yaşayış yerinə gətirdikləri şəxsi əmlaka görə gömrük xərclərindən azad edilsinlər.

SSRİ Xalq Komissarları Sovetinin sədri: İ.Stalin

21 noyabr 1945-ci il