Ey çoq kitablar oqıyan, sən mi tutarsın bana doq
Ey çoq kitablar oqıyan, sən mi tutarsın bana doq Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Ey çoq kitablar oqıyan, sən mi tutarsın bana doq?!
Ta biləsin sirri əyan, gel eşqdən oqı bir səbəq.
Gər sən səni bildün isə, surət tərkin urdun isə,
Sifət nədür bildün isə ne kim edərsən sənə həqq.
Bilməyəsin bednamü nam, bir ola sana xasü am,
Bildün isə elmi təmam, gəl eşqdən oqı bir səbəq.
Oqımağıl elmün yüzin, elmə əməl gərək güzin,
Aç könüldən batin gözin, aşiq mə’şuq haline baq.
Baqğıl aşiq nə işdədür, mə’şuqə ol cünbişdedür,
İkisi bir təşvişdədür, iki sanub baqma ıraq.
İkilikdən keçəmədim, hali haldən seçəmədün,
Dostdan yana uçamadun, fəqiliq oldı sana fəq.
Cübbə və xirqə, təxtü tac versə gərəkdür eşqə bac,
Dort yüz müridü əlli hacc tərk eylədi Əbdürrəzzaq.
Anun kibi din ulusı xaç öpdi çaldı naqusı,
Sən dəxi bıraq namusı, gəl bərii, bütün oda yaq.
Aşiq mə’şuq birdür bilə, eşqdqn gəlür hər mənzilə,
Biçarə Yunus nə bilə, nə qara oqıdı, nə aq,