Məzmuna keç

Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul

Vikimənbə saytından
(Ey әzizim, sәnә ibrәtdi bu söz, eylә qәbul səhifəsindən istiqamətləndirilmişdir)
Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul
Müəllif: Hacı ağa Fəqir Ordubadi

Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul,
Xəlqdən çəkməgilən gərdənə çox bari-giran.
Yox səxavət əsəri xəlqdə, yum çəşmi-təmə,
Nədi hər ləhzə qubernat qapısı, xidməti-xan.
Ey Fəqir, çəkməgilən çox da dəni minnətini,
Söyləmə cifədən ötrü dəxi həcvü hədyan!