Ey Yusif, Sağəridən istə
| Ey Yusif,Sağəridən istə Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Heyf olsun axund Zeynalabdin rövzəxana,
Vücudunun ömür xirmənini ildırım yandırdı.
Bu dünyada çaya, qəndə, narınc-limona,
İstəkan-simavara, bir də şirin söhbətə vurğun idi.
Tarixini axtarırdım, qeybdən nida gəldi,
Bir Hatif dedi ki, “Ey Yusif, Sağəridən istə” (1271/1854).
Fələyin dövranı heç zaman kamımızca olmadı,
Saqi, al şərabı camımıza süz!
Bağbanın cəfasından gülüstandan çıxdım,
Bir kəs yoxdur, gülüstana xəbərimi çatdırsın.
Surət və zülfünün o qədər fikrində oldum ki,
Bizimçün axşamla səhərin fərqi olmadı.
Yarın zülfünün sevdasından xəbərdar olan hər kəs,
Sözümüzün rəmzinin yanğısından agah olar.
Hicran baltasını Fərhad kimi başıma vurdum,
Bu acı taleyimiz vüsalından şirin olmadı.
Öz Sağərini, gəl, bir dəm yada sal,
Ey sərv qamətli, ay üzlü, xoş yerişlim mənim.