Məzmuna keç

Ey badi-səba, məndən ol yarə salam eylə

Vikimənbə saytından
Ey badi-səba, məndən ol yarə salam eylə
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Ey badi-səba, məndən ol yarə salam eylə,
Dərdü ələmim bildir dildarə, salam eylə.

Görsən üzün ol mahın, bas bağrına gərdun tək,
Dön başına yalvarə-yalvarə salam eylə.

Key baği-behiştim, mən bir Adəmdim guya,
Düşdüm səri-kuyindən avarə, salam eylə.

Dərdü qəmi-hicranın hər ləhzə hücumundan
Axır ki, cigər oldu sədparə, salam eylə.

Gör xəstə Vidadinin daği-cigərin söylə
Ol lalə rüxə, çeşmi-bimarə salam eylə.