Məzmuna keç

Ey eşq dəlüsi olan, nə qaldun pərakendə

Vikimənbə saytından
Ey eşq dəlüsi olan, nə qaldun pərakendə
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Ey eşq dəlüsi olan, nə qaldun pərakendə?
Ol səni dəlü qılan yenə səndədür, səndə.

Dünya axiret ol Heqq, yer-gög toludur mütləq,
Hiç gözlərə görinməz, kim bilür nə nişanda.

Gər meyxanəye vardum, ansuz yer görəmədüm,
Yenə ana sataşdum, girdüm isə külxanda.

Hər kim aradı cismin, cismində buldı xəsmin,
Nə dünya-axrət ana, nə assı, nə ziyanda.

Bir neçəsinə qaç der, bir neçəsinə tut der,
Qaçanla bilə qaçar, bilə turur turanda.

Bir necə qullannı giriftar edən oldur,
Mədəd edüb irişən genə bilə zindanda.

Aydurlar Miskin Yunus, neçün dəlü oldun sen?
Nə əqlü fəhm qalsun işbu sirri duyanda?!