Ey konul, uyma gel, ol turreyi-tərrarlərə
Görünüş
Ey könül, uyma gəl, ol turreyi-tərrarlərə Müəllif: Mir Həmzə Nigari |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Ey könül, uyma gəl, ol turreyi-tərrarlərə
Bəndəlik etmə Məsihi kimi zunnarlərə.
Yıqar, əlbəttə yıqar, axırı bərbad eylər,
Versən, ər mənzifi-şəhin şahi əğyarlərə.
Cəkəlim badeyi-səba, tutalım cam ətəyin,
Can fəda eyləyəlim məsti-qədəhxarlərə.
Söylə, ey peyki-səba, hali-pərişanımızı,
Nə deyir sultanımız, binəva nacarlərə.
Əcəba, varmı əsrarə xəbərdar, deyin,
Beylə kim, carə olurmu bu giriftarlərə?
Nəyçün iftadələrin halını sormaz, nəyçün,
İltifat eyləməz ol xəsteyi-didarlərə?!
Necə ah eyləyəyim, Miri-Nigari, konlum
Mubtəladır ləbi mul, arizi gulnarlərə.