Ey mələk-sima bu gün dövran sənindir, sən - mənim

Vikimənbə saytından
Ey mələk-sima bu gün dövran sənindir, sən - mənim
Müəllif: Ərzurumlu Əmrah
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ey mələk-sima bu gün dövran sənindir, sən - mənim
Gül sənin, gülşən sənin, xəndan sənindir, sən - mənim.
Var isə canında meylin, söylə qurban olduğum,
Sən gözəllər şahısan, fərman sənindir, sen - mənim.
Bunca illərdir gəzərdim həsrətinlə sərsəri,
İşdə gəldim qapına, mehman sənindir, sən - mənim.
Dərgahi - divanına üz tutub gəldim qul kimi,
Ox sənin, sinə mənim, ehsan sənindir, sən - mənim.
Neylərəm sensiz cahanın varlığın Əmrah, mən,
Təndə canım hasili canan sənindir, sən - mənim.