Məzmuna keç

Ey padişahı-lemyəzəl, qıldum yönüm sendən yana

Vikimənbə saytından
Ey padişahı-lemyəzəl, qıldum yönüm sendən yana
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Ey padişahı-lemyəzəl, qıldum yönüm sendən yana,
İşbu yüzüm qarasiylə vəsl İstərəm səndən yana.

Sənsin bu gözümdə gərən, sənsin dilümdə söyləyən,
Sənsin bəni var eyləyən, sənsin həmin öndən sona.

Sen kim dedün, ya Rəbb, bana, bən yaqınam səndən sana,
Çün yaqınsın bəndən bana, görklü yüzün göstər bana.

Necə yaqınsın bana sən, müştaqü həsrət sana bən?!
Dün-gün seni gözleyübən görəmə zəm qaldum tana.

Hər gələn oldur, gedən ol, görinən oldur, görən ol,
Ülvi vü süfli cümlətən oldur, gör, görinən bana.

Yunus, bu sirrü Həqdürür, bu dilə gəlmək yoqdurur,
Bilməsi bunun zövqdürür, əql ilə fəhm irmez ana.