Məzmuna keç

Ey rəngi-rüxi-alına heyran gülü lalə

Vikimənbə saytından
Ey rəngi-rüxi-alına heyran gülü lalə
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Molla Pənah Vaqif. "Əsərləri" (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 214. ISBN 9952-418-01-6. (#cite_web_url); (#accessdate_missing_url)

Ey rəngi-rüxi-alına heyran gülü lalə,
Can qurban ola sən kimi bir qaşi hilalə,
Vəh, cilvəyi-eşqin yetişibdir nə kəmalə,
Təhsin gətirər göydə məlaik bu cəmalə,
Seyr eləmişəm çox sənəmi-hurimisalə,
Amma, nə deyim, olmamışam bəndə həvalə
Bir sən kimi şəkkər dəhənü tuti məqalə,
Ta aşiq olubdur könül ol arizi-alə,
Həm silsileyi-kakilə, həm daneyi-xalə,
Daim çəkərəm sübhə təkin hər gecə nalə.

Səndən ki, cüda nuş edərəm sağəri-gülnar,
Tünd olma, dönüm gözlərinə, özgə səbəb var,
Ərz eyləyim, ol türreyi-ənbər güli-rüxsar
Qılmış məni bir müşkül olan dərdə giriftar,
Amma yanaram atəşə pərvanə kimi zar,
Yəni ki, olalı sənə mən aşiqi-didar,
Hərgiz deyil əhvalıma bir kimsə xəbərdar,
Naçar edərəm dərdi-dilim saqiyə izhar,
Ləlin ki, düşər yadıma, ey gözləri xummar,
Bu zövqlə gahi içərəm neçə piyalə.

Minavü sürahində ki, vardır bu lətafət,
Gör çəkməyələr qamətü gərdən sənə nisbət,
Hərgiz mən edərdimmi dəxi onlara ülfət,
Hicrində yetər canıma çox möhnətü külfət,
Istərsə mənə gündə çəkib tiği-siyasət
Öldürmək üçün üz qoya qatil kimi firqət,
Şirin dəhənin ta ola bir dəm bizə qismət,
Sabir oluram var nə qədər canda səlamət,
Sənsiz, nə rəvadır, mən edəm eyşlə işrət,
Bəsdir mənə şövqüm ki, olur cami-visalə.

Oxşar, deyirəm, ləblərinə badeyi-gülgun,
Onunçün olur hər dəm ona rəğbətim əfzun,
Məzur tut, oldum belə şuridə cigərxun,
Çox olmuşam aşüftə, pərişan, dilü məhzun,
Zira ki, sənin daneyi-xalindəki əfsun
Dil mürğünü etmiş girehi-zülfünə məftun,
Cəm olsa əgər bir yerə Loğmanü Fəlatun,
Yox çarə dəxi badədən özgə mənə əknun,
Hicran günü dil xəstə olan dəmdə bu məcun
Bir vasitədir dəfi-qəmü dərdü məlalə.

Vaqif kimi kim, dəm vuraram zülfi-siyadən,
Əzamə düşər lərzə sərasər bu nəvadən,
Tənbur sifət cuş edərəm zərdi-həvadən,
Indi məni hər kəs görər olsa rüfəqadən
Bir tarə bərabər tutar ol cəngi dütadən,
Qanun belədir firqeyi-üşşaqə binadən,
Sən cahilsən, yox hələ elmin bu ədadən,
Yoxdur xəbərin, hiç deməzsən, füqəradən;
Bir kərrə düşəndə xəbər al badi-səbadən,
Saçın həvəsi gör ki, məni saldı nə halə?