Bu səhifə korrektə edilib
EYLƏSİN
Bir kimsə yox izhar edəm dərdimi,
Deyəm durub mənə dərman eyləsin.
Rəhm qılsın bu aşiqin halına,
Şikəstə könlümü xəndan eyləsin.
Gecə-gündüz çağırıram mən Tanrı,
Könlüm mətləbini sən yetir barı.
Hər kimin ki, vardı vəfalı yarı,
Şirin canı ona qurban eyləsin.
Mən fəqirə çox eylədin sitəmi,
Günbəgün artırdın möhnəti, qəmi.
Xar olubdu qızılgülün həmdəmi,
Şeyda bülbül ahu-fəğan eyləsin.
Sənə qurban olum gözəllər xubu,
Mina gərdən, sinə mərmər, qədd tubu.
Bir aşiqin ayrı düşsə məktubu,
Yaxa yırtsın dildə giryan eyləsin.
48