Məzmuna keç

Eyzən 6

Vikimənbə saytından
Eyzən 6
Müəllif: Xurşidbanu Natəvan
Mənbə: Xurşidbanu Natəvan. "Gül dəftəri". Bakı: "Elm və təhsil", 2024, 208 s.


Çək qətari qətlgahdən mən görüm Hüseyn qardaşımı,

Olmadı gələndə fürsətim, nəşi üstə açım başımı,

Tazədən əza bina edüm, cari eyləyüm göz yaşımı,

Va Hüseyn səsi bülənd ola dəşti-Kərbəladən, ey Bəşir!