Məzmuna keç

Fəzlullah Rəşidəddinin oğlu Şihabəddinə məktubu

Vikimənbə saytından
Fəzlullah Rəşidəddinin oğlu Şihabəddinə məktubu
Müəllif: Fəzlullah Rəşidəddin
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh. 160-161.

Hər bir hakimin lazımdır gərək üç xəzinəsi olsun: birinci-pul xəzinəsi, ikinci-cəbbəxana (yaraq xəzinəsi), üçüncü-ərzaq və geyim xəzinəsi. Bu xəzinələrə məxaric xəzinələri (xəzaini xərc) deyilir, mədaxil xəzinəsi isə (xəzineyi dəxl) variyyət özüdür, çünki sonuncu xəzinə onların halal zəhməti və qənaətcilliyi hesabına doldurulur. Əgər onlar soyulub vardan çıxsa, hökmdarlara heç bir qazanc qalmaz. Və işin kökünə basan, hər bir səltənətin özülü ədalətdir, çünki...dövləti ordu qazanır, -dövlətin ordudan başqa gəlir ağacı yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar, -vergisiz qoşun yoxdur, rəiyyəti isə ədalət hesabına saxlamaq olar; -[deməli] ədalət yoxdursa, rəiyyət də yoxdur .

Beləliklə: tarixi təcrübədə sınaqdan keçərək sübuta yetmiş, əsaslandırılaraq aydın edilmişdir ki, ədalət orada (əyalətlərdə xalq içində) abadlıq və torpağın becərilməsi üçüh, burada (yuxarı, hakim dairələrdə) isə arxayın yaşayıb diləklərə çatmaq üçün başlıca səbəbdir.