Görünür (Şair Aydın)
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Görünür Müəllif: Şair Aydın |
| Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
Xəyal məni bir cənnətə aparır,
Gözümün önündə bağlar görünür.
Hündürlü-alçaqlı səf çəkib duran
Yamacı yamyaşıl dağlar görünür.