Bu səhifə korrektə edilib
Abdulla, bir yana yetmədi dadım,
Hayana düşdümsə, yandırdı odum.
İtib dülgərliyim, batıbdı adım,
Aranlarda nə alalar1 çəkmişəm.
GÖR
Aşiq olub gəzən diyarbadiyar,
Məddəsiz, mənasız söz olarmı, gör?
Eşqin atəşinə giriftar olan,
Mənim kimi dərdi yüz olarmı gör?
Bir katib gərəkdir yaza, oxuya,
Ətir verə müşkü ənbər qoxuya.
Bir igidin oxu daşa toxuya,
Onun dərdi-qəmi az olarmı gör?
Əvvəl fikir olar işin gerisi,
Hər mətahın olar öz müştərisi.
Bezin haşiyası dovşan dərisi,
Xorasan məxməri xəz olarmı gör?
1 Alaq otu
34