Məzmuna keç

Görmədim (Qurdoğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görmədim (Qurdoğlu)
Müəllif: Qurdoğlu
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Səni deyib sevər dostum yad oldu
Dünya sənin heç vəfanı görmədim.
Dostum qəmgin, düşmanlanm şad oldu
Dünya, senin heç vəfanı görmədim.

Hər kimsənin sənə nəzəri düşdü,
Bağn kabab olub örtəndi, bişdi.
Ertən gəlib qonan öylədə qaçdı
Dünya, sənin heç vəfanı görmədim.

Heç kimsənin sənlə işi bitmədi,
Könlü sevən yan əli tutmadı,
Qanşqa mal yığdı, alıb getmədi
Dünya, sənin heç vəfanı görmədim.

Əwəl al bəzenib qəmzə satarsan,
Hər kimsə dost olsa hərzə baxarsan.
Can çəkenin qayta canın çəkərsən
Dünya, sənin heç vəfam görmədim.

Zorun yaman Rüstəm Zalın zorundan,
Aşnam ayırdm biri-birindən.
Güvəndin ayınb yan yanndan
Dünya, sənin heç vəfanı görmədim.

Qurdoğlu der: bivəfasan sen, dünya,
Sənə gəlib lərzanədir tən, dünya,
Səndən hərgiz razı olmam men, dünya,
Dünya, sənin heç vefam görmədim.