Gözəl (Şair Məmmədhüseyn)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəl (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20. |
Axı neyləmişəm qıyqac baxırsan,
Dönübsən sıyrılmış qılınca, gözəl.
Dərdli Məcnun kimi gəzib dolannam,
Qolumu boynuna salınca, gözəl.
Hüsnünə müştağam, doymaram səndən,
O püstə dahandan, o şirin dildən.
Tutmuşam yaxanı, qoymaram əldən,
Dərdimə dərmanı alınca, gözəl.
And olsun tanrıya, o Paki Nura,
Üzünü görməsəm getmərəm gora.
Fəqir Məmmədhüseyn düşübdü tora,
Mələr ahu kimi alınca, gözəl.