Gözəl (Aşıq Cəfər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəl Müəllif: Aşıq Cəfər |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Leyli kimi calallıdı,
Məni Məcnun sandı gözəl.
Əlində məzə şərbəti,
Məclisi dolandı gözəl.
Cismimi pərvayiş edib
Atəş tutub yandı gözəl.
Dövrə vurub şux yeriyir,
Gör necə də candı gözəl.
Yeriyəndə min nazman
Yerişin qaza bənzətdim.
Uca boylu, mina gərdan
Boyun şahbaza bənzətdim.
Bilmirəm yaşı neçədi,
Baxdıqca qıza bənzətdim.
Bir cüt busə lütf eləsən,
Elə bil ehsandı, gözəl.
Səni sevən kimsənələr,
Necə qəlbində yanmasın.
Özü gözəl, sözü gözəl
Doğan ana utanmasın!
Danışdı mərdi-mərdana,
Gərək ilqardan dönməsin.
Aşıq Cəfər otağına
Bir gecə mehmandı, gözəl.