Məzmuna keç

Gözəl yurd

Vikimənbə saytından
Gözəl yurd
Müəllif: Almas İldırım


Qafqas… О gözəl yurd, о müəbbəd* vətənimdir,
Mən hürr olaraq doğdum о zümrüd yaxasında.
Dağlar beşiyim, geydiyi qarlar kəfənimdir,
Illərlə, əsrlərlə sürünsəm də yasında,
Ən sonda о, mütləq ki, mənimdir, о mənimdir!
Qafqas… О yaşıl yurd, о müəbbəd vətənimdir…
Qafqas… Onu mən görmədən ölsəm, ona dair
Qəbrimdə yazılsın iki misra bu kitabə:
"Aşiqdi gözəl yurduna qürbətdə də şair,
Xəyyam necə aşiqdisə, gül rəngli şərabə…"