Gözəldi (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəldi (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Göyçə mahalında bir gözəl gördüm,
Baxdıqca qaşının tağı gözəldi.
Almadır yanağı, büllur buxağı,
Ağ üzündə qoşa xalı gözəldi.
Göyçə mahallıdı, Daşkənd ellidir,
Tökülüb dal gərdənə siyah tellidir.
Dodağı məzəli, şirin dillidir,
Şölə saçan ay camalı gözəldi.
Cananlar içində o, bir canandı,
İşarət eylədim dərdimi qandı.
Dörd yaşlı mələkdi şux bir sultandı,
Səxavəti, həm kamalı gözəldi.
Zimistan dolandı, bahar, yaz oldu,
Cavan ömrü, qəmi möhnətlə soldu.
Onu gördüm dərdim, qəmim azaldı,
Min büsatı, var calalı gözəldi.
Məmmədhüseyn düzər onu dastana,
Arif ola mənim dərdimi qana.
Yerişi kəklikdir, duruşu sona,
Yaranmışdan şəkər balı gözəldi.