Gülə (Mücrüm Kərim)

Vikimənbə saytından
Gülə
Müəllif: Mücrüm Kərim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Sevdim bir nazlı dilbəri,
Üzü bənzər qızılgülə.
Görcəyin valeh olmuşam,
Ağzmdakı şirin dilə.

İncidən aridi dişi,
Yolunda qoymuşam başı,
Ağlamaqdan gözüm yaşı,
Döndü çaya, döndü selə.

Aşığı candan eyləyən,
İşini əfqan eyləyən,
Məni canandan eyləyən,
Sürüləsən eldən-elə.

Yaşır, gül camalm yaşır,
Rəqibin gözü qamaşır,
Zəmişan şəddə yaraşır,
Sənin təki incə belə.

Bir deyən yoxdu canana,
Rəhm elə bu natəvana,
Mən Mücriməm, gəldim cana,
Bir kəs yoxdu qədrim bilə.