Gül dəftəri
| Gül dəftəri Müəllif: Xurşidbanu Natəvan |
Xurşidbanu Natəvanın "Gül dəftəri" kitabı 2024-cü ildə Bakıda "Elm və Təhsil" nəşriyyatında işıq üzü görmüşdür. Kitabın ideya və ön sözünün müəllifi akademik İsa Həbibbəyli, tərtibçisi akademik Teymur Kərimli, nəşr layihəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova, redaktorlar filologiya elmlər doktoru, dosent Əzizağa Nəcəfzadə və tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovdur. Kitab Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 30 dekabr 2022-ci il tarixli 664 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xurşidbanu Natəvanın "Dünya yadaşı" reyestrinə daxil edilmiş "Gül dəftəri"nin rəqəmsal bədii tərtibatı, transliterasiya və nəşri" elmi tədqiqat proqramı çərçivəsində çap olunub. Mətnin ingilis dilinə tərcüməçisi və bədii tərtibatçısı tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovdur.
Kitaba Azərbaycan şairi, ictimai xadim və rəssam Xuşidbanu Natəvanın (1832–1897) "Gül dəftəri" adlı albomu daxil edilib. Albomdakı rəsmlərlə yanaşı, şeirlər və müxtəlif qeydlər həm orijinal şəkildə, həm də tərcümə və transfoneliterasiya edilərək oxucuların ixtiyarına verilib. Kitabda Xurşidbanu Natəvanın özünün və yaxınlarının fotoları, şəxsi əşyası, o cümlədən bədii tikmələri və digər əl işləri, Natəvana həsr olunmuş təsviri sənət əsərləri (rəsmlər, heykəltəraşlıq nümunələri) və s. də əks olunub. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda M-117 şifrəsi ilə mühafizə olunan "Gül dəftəri" 2023-cü ildə UNESCO-nun "Dünya yaddaşı" Reyestrinə daxil edilib.
- Əmoğlu 1
- Növhə əz zəbani-cənab Səkinə xitab be Həzrəti-Zeynəb əleyhüssəlam əz kəlami-sərkari-aliyə
- Növheyi-məşi Fəna
- Dər tərifı-qələnfür
- Qəzəl: Ey dust!
- Eyzən
- Çarparə
- Çarparə: Ey Bəşir
- Eyzən 2
- Çarparə 3
- Sinəzən 1
- Qəzəl: Pərvanə
- Qəzəl dər tərifı-güli-susən
- Eyzən 3
- Əfrad 1
- Əfrad 2
- Eyzən 4
- Növheyi-in kəlami-Fəna
- Növheyi-digər xitab be Kərbəla
- Nəzirə 1
- Eyzən növhə
- Əfrad 3
- Əfrad 4
- Növhə min kəlami-Fəna
- Sinəzəni-kənizi-Fatimə
- Çarparə 4
- Eyzən 5
- Çarparə 5
- Eyzən 6
- Çarparə 6
- Növheyi-Sərkar
- Məriz olduğum halda Xan oğlanın xəyalilə inşa etdügim qəzəl hala xitabdur nəqşdə olan quşa ki yetürsün
- Mərhum knyaz Mehdiqulu xan Usmiyevin kəlamı Vətən barəsində
- Minacati-mərhum knyaz Mehdiqulu xan
- Vələh eyzən
- Mərhum Mehdiqulu xan bu qəzəli Tiflis şəhərindən öz validəsi mərhumə Xurşidbanuya yazub
- Ümid edirəm qibleyi-mükərrəmələr nəzərinə yetsə əfv edələr