Məzmuna keç

Gül, Pəri

Vikimənbə saytından
(Gül pəri səhifəsindən istiqamətləndirilmişdir)
Gül, Pəri
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

Nə gülürsən, mənim kimi gülüncə,
Sən mənə gülüncə, dərdə gül, Pəri!
Alişan otaqda, zərnişan bağda,
Süsəni, sünbülü dər də, gül, Pəri!

Bir zaman gəzirdik Təbrizdə dağı,
Sinəmə çəkirsən dağ üstdən dağı.
Bənd edibsən mənim kimi dustağı,
Sən məni qoyubsan darda, gül, Pəri!

Abbas gətirildi dar ayağına,
О qulaş qolların sal ayağına.
Qanından xına yax əl-ayağına,
İndi mənim kimi mərdə gül, Pəri!